Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Həkimlər İlhamə Quliyevaya evə getməyə icazə vermədilər

Həkimlər İlhamə Quliyevaya evə getməyə icazə vermədilər

Date: 4 December 2015 13:46

Bu gün Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılacağı gözlənilən xalq artisti İlhamə Quliyevadan xəbər var.

Axşam.az-ın lent.az-a istinadən xəbərinə görə, müğənninin oğlu Orxan Nadirov bildirib ki, İ.Quliyeva bu gün evə buraxılası olmayıb:

“Əslində, anam bu gün evə buraxılmalı idi. Amma həkimi buna icazə vermədi. Müalicəsi davam etdiyindən hələ bir neçə gün qalası oldu. Bir neçə gün gözləməli olacağıq".
 
Xatırladaq ki, İ.Quliyevanın oğlu bir neçə gün öncə açıqlamasında xalq artistinin dekabrın 4-də evə buraxılacağını demişdi.
 
Qeyd edək ki, İ.Quliyeva noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Xəstəxanaya yerləşdirilən xalq artisti səhhəti barədə bu sözləri demişdi:

“Axşam saat 12-dən saat 3-ə qədər burnumdan qan gəlməyə başladı. Dərhal məni Neftçilər xəstəxanasına yerləşdirdilər. Həkimlər qanaxmanı saxlaya bilmirdilər. Güclə qarşısını aldılar. Şəkərim 570-ə qalxmışdı. İndi xəstəxanada məndən analizlər götürürlər ki, bilsinlər, mənə daha hansı həblər verilib. Qulluqçum Mehriban Hüseynovanın başıma açdığı oyunlardan sonra əsəb sistemim çox pozulub. Stress keçirmişəm. Çox pis vəziyyətdəyəm. Orqanizmimə yedizdirdiyi dərmanların fəsadlarını yaşayıram. Səhhətim elə ona görə də pisləşib. Neftçilər xəstəxanasında xüsusi diqqət göstərdilər. Elə buna görə də oranın baş həkimi Leyla Seyidbəyovaya və oranın bütün işçi heyətinə minnətdaram. Ümidim Allahadır. İnanıram ki, yaxşı olacam”.

Tags:  Həkimlər İlhamə Quliyevaya evə getməyə icazə vermədilər

RƏYLƏR


Top news