Mingəçevirdə əlillər dövlət qayğısını daim hiss edirlər

Mingəçevirdə əlillər dövlət qayğısını daim hiss edirlər
13:48 4 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 4 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ölkəmizdə əlillərin sosial müdafiəsi istiqamətində dövlət səviyyəsində görülən işlər bu insanların həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikir Beynəlxalq Əlillər Günü münasibətilə dekabrın 3-də Mingəçevirdə keçirilən bayram tədbirində səsləndirilib.
Bildirilib ki, Mingəçevirdə fiziki sağlamlığı məhdud olan insanlara lazımi qayğı göstərilir. Hazırda şəhərdə 8 minə yaxın əlil var. Onların sağlamlığının qorunması və bərpası bu gün xüsusi önəm daşıyır. Əlillərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər tədqirəlayiqdir. Dövlət həmin insanlara qayğı göstərərək hər ay əlillik qruplarına uyğun pensiya və sosial müavinətlər verir.
Çıxış edən əlillər onlara göstərilən dövlət qayğısından razılıqlarını bildiriblər.
Tədbir yerli incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevirde_eliller_dovlet_qaygisini_daim_hiss_edirler-908220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR