Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Davudoğlu Bakıdan Ermənistana çağırış etdi

Davudoğlu Bakıdan Ermənistana çağırış etdi

Date: 4 December 2015 13:51

"Bakı bizə İstanabul, Konya qədər əzizdir". ANS PRESS-in məlumatına görə, bunu bakıda səfərdə olan türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Azərbaycan Diplomatik Akademiyasında çıxış edən Davudoğlu türklərin həm də bakılı olduqlarını deyib.

"Hamımız bakaılıyıq. Can Azərbaycanın torpaqları işğaldan azad edilənə kimi Türkiyə hər zaman onun yanında olacaq. Bunu bir daha vurğulamaq istəyirəm. Buradan Ermənistana çağırış etmək istəyirəm. Sizə aid olmayan torpaqları sülh içində aid öz sahibinə təhvil versəniz Türkiyə-Gürcüstan-Azərbaycan arasında yaranan ittifaqa siz də qatıla bilərsiniz. Azərbaycanın hər qarış toprağı əzizdir və mütləq işğaldan azad edilməlidir".

Davudoğlu Suriya ilə bağlı məsələyə də toxunub. "Biz Suriyalı qardaşlarımızın başına bomba yağdırmırıq. 2 milyona yaxın qaçqına xidmət edirik. Suriya əhalisinin 20 faizi hazırda Türkiyədədir".

Baş nazir bir daha Rusiya ilə bağlı təyyarə qalmaqalına da toxunub və Türkiyənin üzr istəməyəcəyini Bakıda açıqlayıb. "Rusiya liderinə, hörmətli Putinə çağırış edirəm. Gəlin, məsələlərimizi danışaaraq, üz-üzə həll edək".



Tags:  Davudoğlu Bakıdan Ermənistana çağırış etdi


RƏYLƏR


Top news