Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsi qalxıb

Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsi qalxıb

Date: 4 December 2015 13:53


Bakı, 4 dekabr, AZƏRTAC 
Yağan intensiv yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində 43-71 santimetr intervalında artım qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-130, Kiçik Qafqazın çaylarında 180-185, Lənkəran-Astara bölgəsi çaylarında isə 450-500 faizini təşkil edir. Dekabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 195 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 4 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 75 kubmetr olub.
Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsinin artdığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 380, Şirvanda 239, Salyanda 197, Bankədə 195, Novruzlu məntəqəsində isə 110 santimetrdir.

Tags:  Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsi qalxıb


RƏYLƏR


Top news