Sevinc Fətəliyeva: Radikallaşmanın qarşısının alınmasında təhsil və dialoq çox önəmlidir

Sevinc Fətəliyeva: Radikallaşmanın qarşısının alınmasında təhsil və dialoq çox önəmlidir
13:53 4 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC 
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurasının Şimal-Cənub Mərkəzinin təşkil etdiyi “Lissabon Forumu-2015”də “Radikallaşmanın qarşısının alınmasında təhsil və dialoqun rolu” mövzusunda çıxış edib.
S.Fətəliyeva deyib ki, təhsil və dialoq radikallaşmanın qarşısının alınması üçün görülən tədbirlərin ən önəmlisidir. Radikallaşma müxtəlif formalarda ola bilər: gənclər ekstremist siyasi hərəkatlara və ya dini xarakterli hərəkətlərə cəlb edilə bilər. Bu iki anlayış bir-birinə bağlıdır. Gənclərin radikallaşmasının, ekstremizm və terrorizmə qoşulmasının səbəbi odur ki, onların həyatlarında və ya şüurlarında hansısa boşluq əmələ gəlir. Müəyyən ekstremist qruplar bəzilərinin həssas vəziyyətlərindən istifadə edərək onları mənfi istiqamətə yönəldirlər. Radikallaşmanın qarşısını almaq üçün bir neçə məqam nəzərə alınmalıdır:
- Təhsil, ölkədə mühit, dialoq təşkil edilməsi imkanı, uşaqların internetdə təhlükəsizliyi;
- Şəxsiyyətin formalaşması və biliklərin dərinləşməsində keyfiyyətli təhsil və təlimləri təmin etməklə iş bazarlarında bərəbər hüquqların təmin olunması, gənclərin məşğulluğuna diqqət yetirilməsi;
- Mədəniyyətlərarası və dinlərarası dialoq yaradaraq müxtəlif sistemli dəyərlər arasında qarşılıqlı anlayış və hörmətə nail olmaq;
- Təhlükəsiz internet siyasəti;
- Ailələr və məktəblər tərəfindən internetdə uşaqların fəaliyyətinə nəzarət edilməsi;
- Radikal təbliğat və internetdə radikal hərəkətlərə qarşı mübarizə (bir çox gənclər yeni texnologiyalar vasitəsilə radikal hərəkatlara cəlb olunur).
Komitə sədrinin müavini deyib ki, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda digər din və mədəniyyətlərə dözümlü münasibət yaşam və həyat tərzinə çevrilib. Ölkəmizdə müxtəlif millətlərin, dini konfessiyaların birgə yaşaması nadir nümunədir. Dini icmalar arasında daim möhkəm dözümlülük, qarşılıqlı anlaşma olub, milli, irqi, dini ayrı-seçkilik müşahidə edilməyib, ayrı-ayrı dinlərə etiqad bəsləyən insanlar mehriban bir ailə kimi yaşayırlar.
Müasir dövrdə də ölkəmizdə bu zəngin ənənə qorunub saxlanılaraq uğurla davam etdirilir. 
Digər dinlərə və mədəniyyətlərə dözümlü münasibət, onlarla qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının tolerantlığından, multikulturalizmin dövlət siyasətinin tərkib hissəsi olmasından irəli gəlir.
 Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli mənəvi sərvətidir.
Bu gün dini radikalizm demək olar ki, dini inancından asılı olmayaraq bütün dünyada təhdid doğurur və hazırda terrorçu təşkilatların əsas mahiyyətini təşkil edir. Azərbaycanda isə xalq ənənəvi İslam dəyərlərinə önəm verdiyi üçün radikal qrupların apardığı təbliğat heç bir nəticə vermir. Cəmiyyət birmənalı olaraq radikal qrupları qəbul etmir və bu sahədə aidiyyəti qurumlar tərəfindən müntəzəm olaraq maarifləndirmə işləri aparılır.
S.Fətəliyeva deyib: “Dünyada gedən proseslər onu göstərir ki, radikallaşma, ekstremizm, terrorizm, münaqişə və miqrasiya sonsuz dairə təşkil edən, bir-birinə bağlı olan anlayışlardır. Bizim məqsədimiz heç olmasa dairənin bir bəndini həll etməkdir. Bunun müsbət həllinə isə birlikdə addımlayaraq və öz təcrübələrimizi bölüşərək nail ola bilərik.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İranda güclü yanğın -

22 İyul 2017 22:51

Taliblər 70 dinc sakini girov götürdü

22 İyul 2017 22:49

Diet saxlamaq istəyənlərə 10 detoks çayı

22 İyul 2017 22:47

Qocalmaq istəmirsinizsə AYAQLARINIZA GÜC VERİN

22 İyul 2017 22:42

Nahar vaxtı oxunan dualar haqqında

22 İyul 2017 22:42

Atıcılıq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi - FOTO

22 İyul 2017 22:38

Bodrum sahillərində daha iki zəlzələ olub

22 İyul 2017 22:37

Məşhur futbolçunun sabiq məşuqəsi: "O, məni yenidən sevir" - FOTO

22 İyul 2017 22:32

İranda azərbaycanlı hüquq müdafiəçisi həbs edilib

22 İyul 2017 22:27

İnsan üzlü keçi dünyaya gəldi

22 İyul 2017 22:24

Ölümə fəlsəfi baxış

22 İyul 2017 22:22

Qətər Körfəz ölkələrini böhranın həllinə çağırır

22 İyul 2017 22:19

Roma şəhərində içməli su böhranı yaşana bilər

22 İyul 2017 22:17

Orqanizmdə A vitamini çatışmazlığı

22 İyul 2017 22:17

“Belarus” qoşqu və otla birlikdə yandı

22 İyul 2017 22:14

Şəfaverici gücü olan 5 QOXU

22 İyul 2017 22:12

İrsi xəstəliklər barədə məlumat

22 İyul 2017 22:12

Azərbaycan cüdoçuları Avropa kubokunda uğurlu çıxış edirlər

22 İyul 2017 22:07

Çimərlikdə soyunanda "hədəf"ə döndü - FOTO

22 İyul 2017 22:05

Soyuq su ilə çimdi, kondisionerin altında yatdı - 19 yaşlı yeniyetmənin ÇARƏSİZ ÖLÜMÜ

22 İyul 2017 22:03

Azərbaycan və Rusiya prezidentlərinin hər görüşü uğurla davam edən ikitərəfli münasibətlərin inkişafına yeni təkan verir

22 İyul 2017 21:52

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

22 İyul 2017 21:49

Masallıda qəza - Maşın aşdı

22 İyul 2017 21:48

Almaniyada azərbaycanlı mühəndis 10 000 avro cərimələnib

22 İyul 2017 21:47

İltihaba faydalı bitki çayları

22 İyul 2017 21:47

Qurani Kərimin riyazi möcüzələri

22 İyul 2017 21:42

“Kəpəz” türk klubuna uduzdu

22 İyul 2017 21:37

Məşhur aktrisanı donu pərt etdi - FOTO

22 İyul 2017 21:32

Dənizdə daha bir şəxs xilas edildi

22 İyul 2017 21:29

Yayın ortasında ora qar yağdı - VİDEO

22 İyul 2017 21:28

Allahın möcüzəsi -

22 İyul 2017 21:26

Allah dostlarının Allahı tanımaqları

22 İyul 2017 21:22

Azərbaycanlı cüdoçu Hidayət Heydərov Minskdə erməni rəqibinə qalib gəlib

22 İyul 2017 21:17

Hemofiltirasiya nədir?

22 İyul 2017 21:17

Sarımsaq və limon möcüzəsi

22 İyul 2017 21:12

Bu universitetdə keçirilən imtahanların nəticələri ləğv edilib - SƏBƏB - VİDEO

22 İyul 2017 21:05

Bakıda sürücü nömrəyə müdaxilə etdiyi üçün cəzalandırılıb - VİDEO

22 İyul 2017 21:05

Toppuş model: "Hər vücud gözəldir" - FOTO

22 İyul 2017 21:05

Konqres Trampı məcbur etmək istəyir

22 İyul 2017 21:05

Taliban Əfqanıstanda 70 nəfəri oğurlayıb, 7 nəfəri öldürüb

22 İyul 2017 21:02

Ləvənginin içindən qurd çıxdı - Bakıda - VİDEO

22 İyul 2017 20:57

Qızıl bazarında durğunluq yaşanır - QİYMƏTLƏR - VİDEO

22 İyul 2017 20:57

Tullantı təkərlərini sənət əsərinə çevrir - VİDEO

22 İyul 2017 20:57

Balakəndə orta əsrlərə aid Alban məbədi tapılıb - VİDEO

22 İyul 2017 20:57

Bakıda yeniyetmlərdən ibarət quldur dəstəsi saxlanıldı

22 İyul 2017 20:53

Türkiyə və Almaniya XİN rəhbərləri arasında telefon danışığı olub

22 İyul 2017 20:50

Əziz həmkarlar, məhəlləmizə daş atmayın! - Aqil Ələsgər yazır

22 İyul 2017 20:49

Soyuqdəymənin qarşısını necə almalı?

22 İyul 2017 20:47

Taliban silahlıları azı 70 nəfər əsir götürüblər, 7 nəfər öldürülüb

22 İyul 2017 20:47

Osmanllı Quranının dəqiq yeri məlumdur?

22 İyul 2017 20:42