Bakıdan Putinə çağırış: "Üzr istəmirik"

Bakıdan Putinə çağırış: "Üzr istəmirik"
14:01 4 Dekabr 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

“Biz sərhəddimizi qoruduq və heç kimdən üzr istəmək niyyətində deyilik. Qırıcı təyyarənin vurulduğu yer Türkiyə - Suriya sərhədidir, Rusiya - Türkiyə yox. Biz heç kimə yuxarıdan aşağı baxmırıq və bizə də təpədən baxılmasına icazə vermərik”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan Diplomatiya Akademiyasında (ADA) çıxışı zamanı deyib.

“Türk-rus xalqları arasında heç bir problem yoxdur və olmayacaqdır. Amma iftira kamapaniyasını da qəbul etməyimiz və anlayış göstərməyimiz mümkün deyil. Məsələləri üz-üzə danışmaq lazımdır. “Soyuq Müharibə” dövrünü xatırladan təbliğatları bir kənara qoymaq lazımdır. Biz nə Asiya, nə də Avropaya laqeyd münasibət göstəririk. 5-6 ay ərzində etdiklərimizə diqqət yetirin. G20 və Avropa Birliyi (AB) liderləri zirvəsində iştirak etdik. Bizim siyasətimiz çox istiqamətlidir”.

Davudoğlu bildirib ki, bütün günahsızlara ölkəsinin qapısı açdıqdır.

“Biz suriyalı günahsızların üzərinə bomba yağanda qapımızı açdıq. Türkiyə bütün bölgəyə sülh gətirmək istəyir. Türkiyə heç vaxt qütbləşmənin tərəfində olmamışıq".




Türkiyənin baş naziri Əhməd Davudoğlu və prezident İlham Əliyev


Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən gündə Bakıda vediyi açıqlamada Vladimir Putinə səslənərək bildirib ki, gərginliyi artırmağa ehtiyac yoxdur.

Ölkələr arasında gərginliyə səbəb isə Türkiyənin sərhədlərini pozan Rusiyaya məxsus "Su 24" qırıcı təyyarəsini vurmasıdır. Hadisə baş verdikdən sonra Rusiya Türkiyə ilə demək olar ki, bütün iqtisadi əlaqələrini dondurub. Vladimir Putin mətbuata açıqlamasında hadisəni arxadan vurulan zərbə adlandırıb və bildirib ki, təyyarə Türkiyə sərhəddini pozmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR