Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanla Qazaxıstan standartlaşma sahəsində hökumətlərarası saziş imzalayıblar

Date: 4 December 2015 14:03


Bakı, 4 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dekabrın 4-də Azərbaycan ilə Qazaxıstan arasında standartlaşma sahəsində hökumətlərarası saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, saziş Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Bakıda keçirilən 12-ci iclası çərçivəsində imzalanıb. Sənədi Azərbaycan tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Qazaxıstan tərəfindən isə bu ölkənin Azərbaycandakı səfiri Beybit İsabayev imzalayıblar. Müqavilədə iki ölkə arasında standartlaşdırma sahəsində təcrübə mübadiləsinin aparılması öz əksini tapıb.
 

Tags:  Azərbaycanla Qazaxıstan standartlaşma sahəsində hökumətlərarası saziş imzalayıblar


RƏYLƏR


Top news