"Nardaran hadisələri sırf terrordur"

"Nardaran hadisələri sırf terrordur"
14:05 4 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bugünkü plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Dini esktremizmə qarşı mübarizə haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı Nardaran hadisələrinə toxunub.

Trend-in məlumatına görə, S.Novruzov bildirib ki, son zamanlar islam adı altında müxtəlif terrorçu qruplar, ayrı-ayrı özünü dövlət adlandıran dəstələr, təşkilatlar öz ideologiyalarını, məqsədlərini və məkrli niyyətlərini həyata keçirməyə çalışırlar: "Bu bütün dünyada belədir. Azərbaycanda dinlə dövlət ayrı olsa da, dövlət hər zaman dinin yanındadır. Bəzi hallarda din pərdəsi adı altında ayrı-ayrı millətlər, təşkilatlar öz ideyalarını Azərbaycana idxal etməyə cəhd göstərirlər. Din adı altında digər ölkələrdə vuruşub sonradan Azərbaycana qayıdanlar çoxdur. Onlar da orada gördükləri və öyrəndikləri təlimləri burada tətbiq etmək istəyirlər. Açıq şəkildə görünür ki, bəziləri dövlətçilik əleyhinə çıxırlar. Nardarandakı hadisələrin dinə heç bir aidiyyəti yoxdur. Oradakı hadisələr sırf terror hadisəsidir. Bu cür adamlar din pərdəsi adı altında ayrı-ayrı dövlətlərin ərazisində xüsusi təlim keçərək belə addımlar atmaqla məşğuldurlar".

Komitə sədri deyib ki, Azərbaycan xalqı bu cür hadisələrə qarşı qətiyyətli olmalıdır: "Biz bu cür hallara qarşı qətiyyətli olmalıyıq. Ziyalılar, millət vəkilləri öz çıxışlarında bu cür halların yenidən olmaması üçün öz fikirlərini bildirməlidirlər".

S.Novruzov bildirib ki, qanun layihəsinin Nardaran hadisələri ilə heç bir əlaqəsi yoxdur: "Bəziləri deyirlər ki, bu layihə Nardaran hadisələrindən sonra hazırlanıb, düşünülüb. Xeyr, bu qanun layihəsi əvvəldən də nəzərdə tutulurdu. Hələ 3 il əvvəl "Ərəb baharı" hadisələrində də bu mövzunu müzakirə etmişik. Gərək daha əvvəl qanun layihəsini qəbul edərdik. Çünki dövlətin atdığı hər bir addım insanların təhlükəsizliyinə yönəlir. Son hadisələr onu göstərir ki, Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdırlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR