Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının 3-cü regional iclası keçirilir

Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının 3-cü regional iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası başlayıb (10 Mart 2017 12:07)
Bakıda "Qaçqınların hüquqlarının müdafiəsi" seminarı keçirilir (06 Mart 2017 11:05)
Bakıda Azərbaycan və Cibutinin XİN rəhbərləri arasında görüş başlayıb (24 Fevral 2017 13:07)

Tarix: 4 Dekabr 2015 14:06

Bakıda "Bakutel-2015" sərgi-konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Rabitə Birliyinə üzv olan ölkələri üzrə tədqiqat qrupunun 3-cü regional iclası keçirilir.
 
 
İclasda Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) , Regional Rabitə Birliyinin (RRB) nümayəndələri, eləcə də Belarus, Özbəkistan, Tacikistan, Rusiya rabitə administrasiyalarının təmsilçiləri iştirak edirlər.
 
 
Tədbirdə logistik sistemlər üzrə qurğuların müxtəlif ölkələrin mobil şəbəkələrində istifadəsi zamanı  rouminq xidmətləri üçün hesablaşmaların müəyyən edilməsi məsələsi müzakirə edilib.
 
Bildirilib  ki, ölkələr arasında bununla bağlı ekspert qrupunun yaradılmasına ehtiyac var. Çünki müxtəlif istiqamətlərdə ayrı-ayrı nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi dəfələrlə artır və nəqliyyat vasitələrindəki qurğular bir operatorun şəbəkəsindən digərinə keçdikdə istifadə edilən mobil rabitə xidmətlərinin tarifikasiya sistemlərinə yenidən baxmaq tələb olunur.
 
Bununla yanaşı, tədbir çərçivəsində OTT (Over the Top) xidmətlərinin RRB-yə üzv olan ölkələrdə tətbiqi məsələləri, mobil və stasionar şəbəkələrdə istifadə olunan nömrələrin prefikslərinin, indekslərinin identifikasiyası ilə bağlı danışıqlar aparılıb.
 
Sonda  bu sahədə müvafiq tövsiyələrin hazırlanması qərara alınıb.
 


Teqlər:  Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının 3-cü regional iclası keçirilir



RƏYLƏR


Top xəbərlər