Vyana, 4 dekabr, AZƏRTAC
Avstriya Hava Yolları konserni gələn il yanvarın 12-dən etibarən Vyana-Bakı-Vyana reysi ilə uçuşları dayandıracaq.
Aviakonsernin mətbuat xidmətindən bildiriblər ki, tələbatın aşağı düşməsi və müəyyən müddətdən bəri müvafiq minimum həcmin olmaması bu addımı atmağa vadar edib.
Vyana-Bakı-Vyana marşrutu üzrə sonuncu aviareys yanvarın 11-də gerçəkləşdiriləcək və sonrakı tarixlərə bilet almış sərnişinlərə alternativ variantlar təklif ediləcək.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana