Azərbaycanda terror fəaliyyətinə görə vətəndaşlıq itiriləcək

Azərbaycanda terror fəaliyyətinə görə vətəndaşlıq itiriləcək
14:08 4 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan vətəndaşları ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, terror fəaliyyətinə yönəldilmiş hərəkətlərinə görə vətəndaşlıqlarını itirə bilərlər.

Trend-in məlumatına görə, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna müvafiq dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında təsdiq edilib.

Bundan başqa, Azərbaycan vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması vətəndaşlığının itirilməsi ilə nəticələnir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2465159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR