Daha bir məktəbli özünü öldürdü

Daha bir məktəbli özünü öldürdü
14:11 4 Dekabr 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad rayonunda intihar hadisəsi qeydə alınıb. 15 yaşlı qız dərman içərək özünü öldürüb.

Sabirabad Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Axısxa kənd sakini, 2000-ci il təvəllüdlü Rahilə Hüseyn qızı Əlicanova çox sayda dərman içərək intihar edib. 15 yaşlı qızın yaşadığı evin həyətində ağır vəziyyətdə olduğunu görən ailə üzvləri onu dərhal xəstəxanaya çatdırmaq istəsələrdə qız yolda keçinib.

Rahilə Əlicanovanın özünə qəsd etməsinin səbəbləri hələlik araşdırılır.

Ölən qız kənd orta məktəbinin şagirdi olub. Ailənin Rahilədən başqa daha bir qızı və oğlu var.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bu son bir ay ərzində qeydə alınan ikinci məktəbli intiharıdır. Noyabr ayının 2-də bənzər hadisə Bakıda - Zabrat qəsəbəsi R. Axundov küçəsi, ev 64 ünvanında qeydə alınıb. Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Asif Münasib oğlu Süleymanov özünü yaşadığı evin həyətindəki hamamdan asıb. Onun asılmış vəziyyətdə cəsədini ailə üzvləri aşkarlayıblar. Yeniyetmə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR