"Azərbaycanın geosiyasəti"

"Azərbaycanın geosiyasəti"
14:12 4 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli burada

Hörmətli oxuculara indi aydın oldumu, yağlı piroqun bölüşməsində hansı barıt çəlləyinin üstündə oturmuşuq? Geoiqtisadi maraqların naminə geosiyasət düzənlənir, hərbi-geostrateji mənafelər üzə çıxır, rəqiblər aydınlaşır və səhv aparılan siyasət bu bölgədə bizi yağlı əppək əvəzinə hər an barıt çəlləyinə yaxınlaşdırır. Zatən buna zəmin də var. İstənilən an bölgədə Ermənistan-Azərbaycan, Ermənistan-Gürcüstan, Rusiya-Gürcüstan, Rusiya-Azərbaycan, hətta İran-Azərbaycan, Türkmənistan-Azərbaycan münaqişəsi qızışa və bölgədə onsuz da kövrək olan siyasi və iqtisadi sistem dağıla bilər. Açıq qeyd edilir, açıq deyilir ki, bu regionda transmilli şirkətlərin maraqları ilə yanaşı, planetar oyunçuların da maraqları mövcuddur və onların bu maraqlardan geri çəkilmək fikirləri yoxdur.

Bu barədə Əli Həsənov yazır: "Geoiqtiosadi parametrlər üzrə qiymətləndirmə aparsaq Xəzər hövzəsindəki düşərgələrarası rəqabətin əsas hədəfləri ilk növbədə:

·        Xəzər hövzəsinin enerji ehtiyatlarına sahiblənmək, yaxud onlardan istifadə sahəsində üstün mövqeyə malik olma;

·        hövzənin enerji resurslarının istehsalı və dünya bazarlarına çıxarılmasında iştirak;

·        enerji istehsalında istifadə edilən texnologiya və maliyyə vəsaitinə sahiblik, yaxud malik olmaq;

·        hasilatın pay bölgüsü;

·      bölgənin enerji ixracı marşrutlarının və nəqliyyat-kommunikasiya sistemlərinin seçiminə təsir etmək və onların fəaliyyətinə nəzarət              etmək;

·     neft-qaz istehsalı, istehlakı və ixracı sahəsindəki digər geoiqtisadi dividentlərə sahib olma və s. ibarətdir". (Bax. s. 529-530)

Göründüyü kimi Xəzər-Qara dəniz hövzəsi, Cənubi Qafqaz dünyanın geosiyasi, geoiqtsadi, hərbi-geostrateji anlamında rəqabət meydanına çevrilib və bunu dünya siyasətçiləri üstüörtülü şəkildə anlatmağa çalışsalar, yaxud da etdikləri hərəkətləri beynəlxalq qurumların adı ilə pərdələməyə cəhd etsələr də, əksinə onların politoloqları bu bölgədə dövlətlərinin maraqlarını gizlətmir, bunu açıqca söyləyir və yazırlar.

Həm ABŞ, həm də Rusiya politoloqları, Xəzər hövzəsini, Cənubi Qafqaz məkanını öz ölkələrinin əsas maraq dairəsi hesab edir və burada planetar geosiyasi maraqların toqquşduğunu hesab edirlər. Xüsusən, ABŞ alimi-politoloqu, məşhur siyasi analitik Z. Bjezinski və rus politoloqu A. Duqin bir çox əsərlərində, məqalələrində, müsahibələrində Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz onların təmsil etdikləri ölkələrin və bu dövlətlərin siyasətlərinə bağlı olan beynəlxalq və regional qurumların, habelə şirkətlərin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqları çərçivəsində geniş təsnif və tədqiq olunur, bu dövlətlərin milli təhlükəsizliyinin qorunması və milli maraqların reallaşdırılması istiqamətində yol xəritələri tərtib olunur, tövsiyyələr verilir, onların həyata keçirilməsi yönündə addımlar atılır. Məsələn, rus politoloqu A. Duqin öz əsərlərində Xəzər hövzəsi və Cənubi Qafqazı ABŞ və Rusiya maraqlarının bütün zamanlarda, yəni keçmişdə, indi və gələcəkdə daim toqquşduğu bölgə kimi qiymətləndirilir. Onun fikrincə "bölgənin geosiyasi xarakteristikası və əsas həlledici koordinatları tələb edir ki, burada mütəmadi olaraq Rusiyanın, ABŞ və NATO Alyansı ilə geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqları toqquşmalıdır". Xüsusən o, Xəzər neftinin istehsalına və Qərbə ixracı marşrutlarına nəzarəti bu iki geosiyasi güc arasındakı mübarizənin əsas hədəfi hesab edir. Onun fikrinə görə, bu hədəflərə nəzarəti ABŞ öz əlinə keçirə bilsə, o zaman onun dünya hegemonluğu tam təmin ediləcəkdir.

Yaxud, Z. Bjezinski "Böyük şahmat taxtası" adlı əsərində qeyd edir ki, Qərb və Amerika bu bölgədə müstəqil siyasət yürütmək istəyən (bəzən də bunu əngəlləməyə çalışan) yerli dövlətləri dəstəkləməli, onları Rusiyanın geosiyasi və hərbi-geostrateji təsirindən  çıxarmalı, malik olduqları milli sərvətlərini sərbəst istifadə etmək, öz maraqlarını, o cümlədən milli təhlükəsizliyini təmin etmək gücünə gətirilməlidir.

Maraqlı və şirniklədici ideyadır. Kim bunu istəməz ki? Amma, bu şirniklədici ideyanın arxasında həm də qonşular ilə qarşıdurma ehtiva edilir. Bu da elə belə məsələ deyil. Təbiidir ki, A. Duqun də ABŞ politoloqunun  bu kitabını oxuyub və bundan sonra Rusiyanın bu regionda hegemonluğu üçün daha qeyri-humanitar təkliflər irəli sürüb, hətta, o, təklif edib ki, Cənubi Qafqazda,  həm də Orta Asiyada fəaliyyət göstərən ölkələrin daxilində İranmeylli separatçı və dini-fanatik meylləri dəstəkləmək, qızışdırmaq, geosiyasi vəziyyət yaratmaq lazımdır.

Müəllif, Z. Bjezinskiyə istinadən yazır ki, Xəzər hövzəsi və Cənubi Qafqazın gələcək taleyi ilk növbədə Azərbaycan və Qazaxıstanın Rusiyadan asılılığının azaldılması və dəstəkləyərək Qərbə inteqrasiyasının gücləndirilməsindən asılıdır. Çünki, Azərbaycanın mövqeyinin güclənməsi gələcəkdə Rusiyanın Gürcüstan və Ermənistandakı, Qazaxıstanın mövqeyinin güclənməsi isə Orta Asiyanın, xüsusən də Qərbin ciddi enerji marağında olan Türkmənistanın mövqeyinə ciddi təsir göstərəcək. Bu ölkənin və Azərbaycanın enerji resurslarının sərbəst istehsalı və alternativ marşrutla Qərbə çıxarılması istiqamətində transmilli layihələrin reallaşmasını təmin edəcəkdir.

Hörmətli professor qeyd edir ki, dünyanın əksər bölgələri kimi, Xəzər hövzəsinin və ayrı-ayrı ölkələr üzrə malik olduğu enerji qaynaqları haqqında əsaslandırılmış rəqəmləri ilk növbədə geoloqlar verir. İngiltərənin BP şirkətinin hesablamalarına görə, dünyada neft ehtiyatlarının həcmi 1383,2 milyard barelə çatıb. Dünyanın mövcud təbii qaz ehtiyatlarının həcmi isə 187, 1 trilyon kub metr miqdarında göstərilir. (Baxın, geosiyasi, hərbi-geostrateji məkan uğrunda mübarizə bu təbii ehtiyatlardan qaynaqlanır, dünya hegemonluğu, davalar, müharibələr, qarşıdurmalar, təhdid, açıq hərbi müqaxilər karbohidrogen ehtiyatlarının kimin sərəncamına keçecək uğrunda amansız, hətta bir tərəfin bəzən yox olma dərəcəsinə qədər davam edir.)

Xəzər hövzəsi, Cənubi Qafqaz, o cümlədən də onun onurğa sütunu sayılan Azərbaycan dünyada aparılan bu mübarizədən kənarda qalmır, özünün zəngin

karbohidrogen ehtiyatlarına görə, istəsə də, istəməsə də proseslərdə iştirak edir.

Xəzəryanı ölkələrdəki mövcud enerji ehtiyatları, neft və qaz istehsalı, hazır məhsulun istehlakı və satışı ilə bağlı müxtəlif mənbələrdən əldə edilmiş rəqəmlərin ölkələr üzrə şərhinə nəzər salsaq görərik ki, vəziyyət aşağıdakı kimidir:

Azərbaycan: Rəqəmlərə keçməmişdən öncə Əli Həsənov Azərbaycan haqqında, onun neft və qaz ehtiyatlarına şübhə ilə yanaşan skeptiklərə cavab olaraq yazır: "Azərbaycan mövcud  karbohidrogen ehtiyatlarının miqdarı məsələsi uzun müddət bölgənin və dünyanın maraqlı dairələrinin geniş müzakirə obyektinə çevrilmiş, hətta bəzi qüvvələr onu geosiyasi manipulyasiya məqsədi ilə istifadə etmişlər. 1991-ci ildə müstəqillik qazanmasından başlayaraq, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdığı və Azərbaycan neftinin bu marşrutla Aralıq dənizinə daxil olduğu günə qədər olan vaxt çərçivəsində bir sıra xarici ölkələrdə davamlı olaraq Azərbaycanın neft ehtiyatlarına dair bədbin, çaşdırıcı və aldadıcı proqnozlar səsləndirilir, ölkənin yaydığı rəsmi məlumatlar şübhə altına alınır və real rəqəmlərin həqiqətə uyğun olmadığı iddia edilirdi". (Bax. s. 542)

Ardı var

Yunus Oğuz

Olaylar.az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Proqnoz: "Brent" markalı neftin qiyməti 50 dollar/bareldən aşağı düşə bilər

27 Aprel 2017 15:17

Azərbaycana humanitar yük idxalı 2 dəfə azalıb

27 Aprel 2017 15:17

Baş məşqçi: "İspaniyalı gimnastlar Dünya Kubokunda özləri haqqında söz etdirəcək" - FOTO

27 Aprel 2017 15:17

Millimiz uduza-uduza gedir

27 Aprel 2017 15:14

Alişanın yeni sevgilisini özündən çıxardılar - FOTO

27 Aprel 2017 15:12

Bakı "İnter"inin Müşahidə Şurasına yeni sədr təyin olunub

27 Aprel 2017 15:12

Tbilisi prospektində tıxac bu cür aradan qalxacaq - RƏSMİ

27 Aprel 2017 15:09

325 dollarlıq idman ayaqqabıları

27 Aprel 2017 15:08

Türkiyədə terrorçu PKK qruplaşması ilə atışmada iki hərbçi yaralanıb

27 Aprel 2017 15:07

KONMEBOL-la bağlı hesabat: 128,6 milyon dollar “yeyilib”

27 Aprel 2017 15:05

Fransada polislər güllələndi - NÖVBƏTİ TERROR AKTI

27 Aprel 2017 15:04

Yüzlərlə tank və top SƏRHƏDƏ YERİDİLDİ: hər an müharibə başlaya bilər - VİDEO

27 Aprel 2017 15:03

İş axtaranların NƏZƏRİNƏ!

27 Aprel 2017 14:59

Həyatından bezənlər üçün YENİ İMKAN

27 Aprel 2017 14:53

Türkiyəli deputat: "Beynəlxalq birlik Qarabağ məsələsində ikiüzlülük göstərir" - FOTO

27 Aprel 2017 14:52

Bakı Nəqliyyat Agentliyi beynəlxalq məsləhətçi qismində "GEMMS Group"u cəlb edib

27 Aprel 2017 14:52

Fərid: "Şəhriyar artıq şəmkirli hesab olunur"

27 Aprel 2017 14:52

RİİB-in təşkilatçılığı ilə Şəki-Zaqatala regionunda turizm bələdçiləri üçün təlim keçirilib

27 Aprel 2017 14:52

Türkiyənin gənclər və idman naziri İslamiadanın açılışına gələcək

27 Aprel 2017 14:52

18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər - FOTOLAR

27 Aprel 2017 14:48

Rasim Balayev: "Hazırda səhhətim qaydasındadır"

27 Aprel 2017 14:47

Məşhur komediya aktyorundan pis xəbər - FOTO

27 Aprel 2017 14:47

"Nazlı" romantik komediya filminin təqdimatı - FOTO

27 Aprel 2017 14:42

"Karyerasını Azərbaycanda davam etdirəcək"

27 Aprel 2017 14:42

Qızına 400 minlik toy edən məmurdan YENİ XƏBƏR - Araşdırma başladı

27 Aprel 2017 14:38

Sənət dünyasına çox ağır itki, tanınmış aktyor vəfat etdi

27 Aprel 2017 14:38

"Avropa Parlamentində Azərbaycanın nailiyyətlərinə göz yumurlar"

27 Aprel 2017 14:37

Avtobusda təcavüzə uğrayan qadından qeyri-adi İNTİQAM - FOTO

27 Aprel 2017 14:37

YUĞ Teatrında 2 yeni tamaşanın premyerası olacaq

27 Aprel 2017 14:37

“Instagram” istifadəçilərinin sayı 700 milyon təşkil edir

27 Aprel 2017 14:35

Ərdoğanı və ailəsini qoruyan polislər FETÖ-çü çıxdı - ŞOK ƏMƏLİYYAT

27 Aprel 2017 14:34

Ölümün qalib gələ bilmədiyi sevgi - FOTO

27 Aprel 2017 14:33

Bu ölkədə kişilər qadınlardan daha çox təcavüzə uğrayır - FOTO

27 Aprel 2017 14:32

"TAP lahiyəsi ilə bağlı problemlər həll edilib"

27 Aprel 2017 14:32

AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri: “Növbəti mövsüm Premyer Liqada maksimum 10 komanda olacaq”

27 Aprel 2017 14:32

DSK: Keçən il Azərbaycanda 24 649 nəfər inzibati məsuliyyətə cəlb edilib

27 Aprel 2017 14:32

Deputat: "İstərdik ki, İtaliya Xocalı soyqırımı məsələsində mövqeyini bildirsin"

27 Aprel 2017 14:32

Nidaçı gəncin vəsatətləri təmin edilmədi

27 Aprel 2017 14:29

Gəncədə sevgili olan qızlar qoşulub qaçdı - ŞOK

27 Aprel 2017 14:28

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin koordinatoru həbs edilib

27 Aprel 2017 14:27

Polşa şirkəti "Qazprom"dan şikayət edib

27 Aprel 2017 14:27

Qoşunların qarşıdurma xəttində monitorinq keçirildi

27 Aprel 2017 14:23

Erməni Kardaşyanın makiyajsız FOTOları

27 Aprel 2017 14:22

İTV Yayım Şurasının yeni sədri: "Qeyri-adi yeniliyə, dönüşə ehtiyac görmürəm"

27 Aprel 2017 14:22

Azərbaycanlı iş adamı Qazaxıstanda yüksək vəzifəyə təyin edildi - FOTO

27 Aprel 2017 14:22

Ərşad Hüseynov: "Bakıda avtomobilləşmə səviyyəsi 25%-dir"

27 Aprel 2017 14:22

Məşhur hind aktyoru vəfat etdi - FOTO

27 Aprel 2017 14:18

"Bəyaz şou"da qalmaqal yaradan qadının məhkəməsi oldu - 1 il 3 ay həbs

27 Aprel 2017 14:17

"Nalbəndyanın evində olmuşam, nahar etmişəm, indi mənə salam vermir..." - FOTO

27 Aprel 2017 14:17

Almaniyalı hərbçi terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb

27 Aprel 2017 14:17