Nizami Kino Mərkəzi yeni layihə təqdim edir

Nizami Kino Mərkəzi yeni layihə təqdim edir
14:17 4 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda nömrə bir olaraq qalan Nizami Kino Mərkəzi daha bir yeni layihəyə qatılıb.

Dekabrın əvvəlindən etibarən Nizami Kino mərkəzi British Council Azərbaycan, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, CoolConnections şirkəti ilə birgə şəhər sakinlərinə Britaniyanın Milli Teatrı, Şekspirin Qlobus Teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. kimi dünya səviyyəli teatrlarının ən yeni və ən uğurlu tamaşalarını təqdim edəcək.

Layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.

Mövsüm dekabrın 8-də Benedikt Kamberbeçin rol aldığı dahi Uilyam Şekspirin "Hamlet" tamaşası ilə açılacaq. Tamaşa rus dilində alt yazılarla təqdim olunacaq.

Nümayiş olunacaq tamaşalar Londonda və ümumilikdə Britaniyada ən çox uğur qazanmış tamaşalardır. Yüksək keyfiyyətli çəkiliş, tamaşaçıda teatr zalında izləmə təəssüratı yaradacaq.

TheatreHD layihəsi çərçivəsində təqdim olunan növbəti nümayiş Tom Hidlestonun iştirakı ilə V.Şekspirin "Koriolanus" pyesi olacaq. Tamaşanın nümayış tarixi dekabrın 15-nə planlaşdırılıb.

British Council Azərbaycan-ın direktoru Elizabet Vayt layihə ilə əlaqədar verdiyi şərhdə deyib: "Mən böyük məmnunluq hissi duyuram ki, biz artıq Bakıda yeni bir layihəmizə start veririk və ümid edirəm ki, hər kəs bundan böyük zövq alacaq. Xüsusilə ilk tamaşanı izləmək üçün çox səbirsizlənirəm".

Ümidvarıq ki, bu yenilik Azərbaycan teatrsevərlərinin ürəyincə olacaq.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/387601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR