Qaradağda zəncirvari qəza: 1 yaralı

Qaradağda zəncirvari qəza: 1 yaralı
07:39 30 Dekabr 2014
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Qaradağ rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

APA nın məlumatına görə, hadisə Bakı- Qazax magistralının 12-km də qeydə alınıb.

 

Asif  İbrahimov idarə etdiyi "Volqa" markalı avtomobil ilə  Ələt istiqamətində  hərəkətdə  olarkən qəfil geriyə dönərək əks yola keçmək istəyib. Bu  zaman  arxadan  gələn, Şamil Bayramovun idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusu "Qaz 31"ə, Faiq Əzizovun idarə etdiyi yük maşını  isə sərnişin mikroavtobusuna çırpılıb. Baş verən qəzada "Mercedes"də olan bir sərnişin  müxtəlif  bədən  xəsarətləri alıb.

 

Əraziyə Qaradağ Rayon Yol Polisinin əməkdaşları və təcili tibbi yardım maşını çağırılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə səbəb sürücü Asif İbrahimov  yolun qadağan olunmuş hissəsində dönmə əməliyyatını həyata keçirmək istəməsi olub. Faktla bağlı araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189094

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR