Rusiya oğurluq edən azərbaycanlı həbs olundu

Rusiya oğurluq edən azərbaycanlı həbs olundu
14:21 4 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada iki lombard yaran azərbaycanlı saxlanılıb.

ANS PRESS-in məlumatına görə, hadisələr Kemerovo və Tomsk əyalətində baş verib. Beş maskalı naməlum şəxs Kemerovoda lombardların birinə daxil olaraq, vitrinləri sındırıb və külli miqdarda zinət əşyaları götürərək hadisə yerində uzaqlaşa biliblər.

Rusiya daxili işlər nazirliyinin baş idarəsindən verilən məlumata əsasən, dəymiş ziyanın həcmi 2 milyon rubldur (31 min manat - red.)

İdarədən verilən məlumata görə, hadisəni törədənin birinin 21 yaşlı azərbaycanlı olduğu deyilir. Azərbaycanlının bundan əvvəl də oğurluq üstündə həbs olunduğu deyilir.


Rusiya, Kemerovo, Tomsk


Bundan başqa, vətəndaşın miqrasiya qanunvericilik prinsiplərini pozduğu və qanunsuz olaraq, Rusiya Federasiyasında yaşadığı vurğulanır. Buna görə, onu deportasiya etmək üçün Federal Miqrasiya Xidməti İdarəsinə aparıblar.

Qalan şübhəlilərin izinə düşmək üçün Tomsk əyalətində xüsusi əməliyyatlar həyata keçirilib. Lombarda hücum edən dəstənin digər beş şəriki burada saxlanılıb. Polis idarəsindən bildirilir ki, həmin şəxslər həbs olunan zaman müqavimət göstərərək, qaçmağa çalışıblar.

Daxili işlər aazirliyindən verilən məlumata görə, cinayətkarların hamısı ələ keçirilib, hal-hazırda onlarla bağlı cinayət işi açılıb və oğurluğa görə, hər birini 7 ilədək həbs gözləyir. Oğurlanmış bəzək əşyaları isə yaxın günlərdə tapılaraq, sahiblərinə qaytarılacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR