Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyənin baş naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyənin baş naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Date: 4 December 2015 14:22

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olann Türkiyənin baş naziri Əhməd Davudoğlu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. 
"Report" xəbər verir ki, Əhməd Davudoğlu Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub. Daha sonra o, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.
Türkiyənin baş naziri, həmçinin Şəhidlər Xiyabanında şəhidlərinin xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Daha sonra Ə.Davudoğlu 1918-ci ildə Bakının daşnaklardan azad olunması uğrunda mübarizədə həlak olan türk əsgərlərinin abidəsinə baş çəkib və əklil qoyub.



Tags:  Türkiyənin baş naziri Fəxri xiyabanı Şəhidlər xiyabanını ziyarət edib

RƏYLƏR


Top news