Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moskvada adam oğurluğu və quldurluqda şübhəli bilinən iki azərbaycanlı saxlanılıb

Moskvada adam oğurluğu və quldurluqda şübhəli bilinən iki azərbaycanlı saxlanılıb

Date: 4 December 2015 14:22

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin əməliyyatçıları "Vaşaq" Xüsusi Çevik Dəstəsinin silahlı yardımı ilə Moskvada iki Azərbaycan vətəndaşını saxlayıb.
"Report" Rusiya DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, saxlanılanlar adam oğurluğu, qəsb və soyğunçuluqda şübhəli bilinir.
Mətbuat xidmətinin məlumatına görə, noyabrın 20-si onlar paytaxtın iş adamlarından birini oğurlamaq istəyib, amma qarşı tərəfdən fəal müqavimətlə üzləşiblər. Buna görə də planları baş tutmayan cinayətkarlar biznesmenin pul qabını götürərək olay yerindən uzaqlaşıb. Faktla bağlı "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq" maddəsi ilə cinayət işi açılıb.
Saxlanılan zaman şübhəli şəxslərdən cinayətlər zamanı istifadə edilmiş bıçaq və adətən, hadisə yerindən uzaqlaşdıqları avtomobil müsadirə olunub.
Hazırda saxlanılanların oxşar cinayətlər törədib-törətməməsi ilə bağlı araşdırmalar gedir.

Tags:  Moskvada adam oğurluğu quldurluqda şübhəli bilinən iki azərbaycanlı saxlanılıb

RƏYLƏR


Top news