Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

""Qarabağ"a vuracağımız 1 qol..."

""Qarabağ"a vuracağımız 1 qol..."

Date: 4 December 2015 14:27

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la üz-üzə gələcək Belçikanın "Anderlext" klubunun futbolçusu Gillaume Jille yerli mətbuata açıqlama verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, belçikalı müdafiəçi komandasının yorğun olmasından və sıx qrafikdən danışıb. 

31 yaşlı təcrübəli futbolçu "Qarabağ"la matç haqqında fikirlərini bildirərkən, həmin oyunda 1 qol vuracaqları halda növbəti mərhələyə keçə biləcəklərini sözlərinə əlavə edib: "Bizim 3 gündən bir oynamağımız bütün matçlarda öz təsirini göstərir. Həm çempionat, həm kubok, həm də Avropa Liqasında oynamaq çox çətindir. Bunun üçün güclü xarakter lazımdır. Bizi "Qarabağ"la çətin qarşılaşma gözləyir. Həmin oyun çox vacibdir. Fikrimcə, biz Azərbaycan klubu ilə matçda 1 qol vursaq, növbəti mərhələyə adlayacağıq".

Qeyd edək ki, "Anderlext" - "Qarabağ" oyunu dekabrın 10-da Brüsseldəki "Konstant Vanden Stok" stadionunda baş tutacaq.

Milli.Az


Tags:  Qarabağa vuracağımız qol

RƏYLƏR


Top news