Türkiyənin Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

14:28 4 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu dekabrın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_Bas_naziri_umummilli_lider_Heyder_Aliyevin_mezarini_ziyaret_edib-908241

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR