Daşkənddə çap edilən “Mənəvi həyat” jurnalında azərbaycanlı professorla müsahibə dərc olunub

14:28 4 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Daşkənd, 4 dekabr, AZƏRTAC 
Daşkənddə özbək dilində çap edilən “Mənəvi həyat” jurnalının sonuncu nömrəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadənin müsahibəsi dərc olunub.
Z.Dadaşzadə müsahibəsində bu ilin yayında Səmərqənddə keçirilən “Şərq təranələri” onuncu Beynəlxalq Musiqi Festivalı və festival çərçivəsində təşkil olunan elmi-nəzəri konfrans haqqında ətraflı məlumat verib, bu musiqi bayramının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb.
Maraqlı faktlarla zəngin olan müsahibədə azərbaycanlı professor deyib: “2013-cü ildə Səmərqənddə keçirilən doqquzuncu festivalda macar alimi və musiqiçisi Şandor Sabo ilə tanış oldum, sonra ona Azərbaycan musiqisi ilə bağlı materiallar göndərdim. Bunun nəticəsi kimi Ş.Sabo macar musiqisinin tarixi haqqında yazdığı tədqiqat əsərində Azərbaycan musiqisi haqqında məlumatlara da yer verdı”.
Qeyd edək ki, bu konfransda Zümrüd Dadaşzadə ilə yanaşı, Lalə Hüseynova da iştirak edərək musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış edib. “Şərq təranələri” onuncu Beynəlxalq Musiqi Festivalında ölkəmizi Azərbaycanın Əməkdar Artisti Təyyar Bayramovun rəhbərlik etdiyi “Buta” musiqi qrupu təmsil edib və münsiflər heyəti xanəndəni və “Buta” qrupunu festivalın “Nadir səs və ən gözəl qrup” adına layiq görüb. Yubiley tədbirlərinə “Şərq təranələri” birinci Beynəlxalq Musiqi Festivalının Azərbaycandan olan ilk iştirakçısı, festivalın Qran-pri mükafatına layiq görülmüş Xalq Artisti Simarə İmanova da fəxri qonaq kimi qatılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daskendde_chap_edilen_Menevi_heyat_jurnalinda_azerbaycanli_professorla_musahibe_derc_olunub-908243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR