Metroda İLK: sərnişinlərə konsert verilir

Metroda İLK: sərnişinlərə konsert verilir
14:29 4 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

 

“Bakı Metropoliteni” QSC-də yeni sosial layihənin icrasına başlanılıb. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, “28 may” metrostansiyasının girişində sərnişinlər maraqlı səhnə ilə qarşılaşıblar. Metroya daxil olmaq istəyən sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət simli kvartet qarşılayıb.

 

N. Paşayev qeyd edib ki, layihədə məqsəd dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə vermək və metro sərnişinlərinə xoş əhval bəxş etməkdir.

 

Layihə bu ayın sonunadək həftənin 5-6-cı günləri ayrı-ayrı metro stansiyalarında keçiriləcək. Sərnişinlərə klassik musiqi ilə yanaşı, milli musiqi nümunələri də təqdim olunacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR