Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rövşanə: "Çox danışırdım" - FOTO

Rövşanə: "Çox danışırdım" - FOTO

Date: 4 December 2015 14:32

ANS-in aparıcısı Rövşanə Ağasəfqızı fotokamera qarşısına keçərək şəkillər çəkdirib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı "Yoldaş Rövşanə" verilişindən bəhs edib:

"Əsəbdən uzaq bir verilişdir. Ruhum dincəlir. Ev şəraitində, çay süfrəsi arxasında insan daha rahat olur. Başqa verilişlərdə daha aqressiv görünür və çox danışırdım".

R.Ağasəfqızı sosial şəbəkələrdən də şikayətlənib: 
"Sosial şəbəkədə şəxsi fotolarımı yayımlayıram. Kiminsə mənim "Facebook"umdan şəkil götürüb xəbər etməsini xoşlamıram. Buna qadağa qoymuşam. Ən azından, mənə zəng vurub icazə alınmalıdır".

Aparıcı həmkarı Xoşqədəm Hidayətqızı ilə küsülü olmaları xəbərlərinə də münasibət bildirib:
"Biz eyni kanalın işçisiyik. Küsülü olmamışıq. Bir verilişdə aramızda söz-söhbət yaranmışdı. O da keçib getdi".

Milli.Az







Tags:  Rövşanə Çox danışırdım FOTO


RƏYLƏR


Top news