Ermənistanın xəbəri yoxmuş...

Ermənistanın xəbəri yoxmuş...
14:37 4 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Aİ səfirinə görə, Ermənistan Avropa dəyərləri və sivilizasiyası barədə kifayət qədər məlumatlı deyil. Aİ Ermənistanla yeni müqavilə üzrə danışıqları davam etdirir. Yerevanda və Avropada keçirilməsindən asılı olmayaraq bu danışıqlarda əsas vurğu üçüncü tərəfin hesabına bu danışıqların pozulub və ya pozulmayacağıdır.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, Ermənistan Aİ Əməkdaşlıq Komitəsinin Yerevanda keçirilən 16-cı iclasında Aİ-nin Rusiya Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələri ilə əlaqələr üzrə departamentinin direktoru Q.Viqand bildirdi ki, Aİ Ermənistanın AİB-ə üzv olmaq qərarına hörmətlə yanaşır: "Eyni zamanda, istəyir ki, digərləri də Ermənistanın suverenliyinə hörmətlə yanaşsınlar. Ermənistanla Aİ arasında yeni müqavilənin məzmunu haqda bir-birinə zidd, bəzən optimist məlumatlar yayılır. Lakin hələ ki, bu danışıqların məzmunu Aİ və Ermənistanda müxtəlif cür görünür. Aİ-nin Ermənistandakı təmsilçisi səfir P.Svitalski də Ermənistanın Aİ və AİB-lə münasibətləri barədə Q.Viqandın fikirlərini təkrarladı".

M.Əhmədoğlu bildirib ki, P.Svitalski korrupsiya ilə mübarizə məsələsində Ermənistanın milli birliyinin zəruri olduğunu bildirdi: "Onun müqayisəsi çox maraqlıdır. "Siz ermənilər Dağlıq Qarabağ məsələsində, "erməni soyqırım" məsələsində necə milli birliyə maliksinizsə, korrupsiya ilə mübarizədə də elə milli birliyə zəruri ehtiyac var. O, fəaliyyətə başladığı 10 ay ərzində iştirak etdiyi bütün tədbirlərdə korrupsiyanın müzakirə olunduğunu bildirdi: "P.Svitalski Ermənistanın AİB-ə üzvlüyünü, Aİ ilə iqtisadi əməkdaşlığa maneçilik etmədiyini bəyan etdi. P.Svitalskinin fikrincə, Ermənistan cəmiyyəti Avropa haqqında real Avropa dəyərləri, Avropa sivilizasiyası və Aİ-nin strukturu barədə kifayət qədər məlumatlı deyil. Bəzən Ermənistan cəmiyyətində elə yalanlar yayırlar ki, sonradan bu yalanlar Ermənistanın Aİ ilə münasibətlərinin dərinləşməsinə maneçilik edir. P.Svitalski Aİ-nin özündən əvvəlki səfirlərinin fəaliyyətini qeyri-qənaətbəxş adlandırdı. Ermənistan hazır olduğu təqdirdə Aİ hətta təhlükəsizlik məsələlərini də müzakirə edə bilər. Aİ təbliğat işinə yarım milyard dollar vəsait ayırsa da bu vəsaitin xərclənməsinin heç bir əhəmiyyəti olmayıb".

Mərkəz rəhbəri qeyd edib ki, Aİ Ermənistanın əyalətlərində müxtəlif proqramlar reallaşdırmaq üçün 13 milyon avro vəsait ayırdı: ""Vışeqrad dördlüyünün" (Çexiya, Macarıstan, Slovakiya və Polşa) XİN-nin siyasi direktorları regiona səfər çərçivəsində Ermənistanda oldular. Onları Ermənistan Xİ nazirinin iki müavini (K.Nazaryan Ş.Köçəryan) qəbul etdi. İkitərəfli və çox formatlı Aİ-Ermənistan məsələləri müzakirə edildi. Qonaqlara İran-Ermənistan münasibətləri barədə məlumat verildi. Ermənistan tərəfinin görüş barədə yaydığı məlumatda Qarabağ probleminin müzakirə olunması barədə heç bir informasiya yoxdur. Amma "Vışeqrad qrupu" 2013-cü ildən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi əsasında tənzimlənməsi ilə bağlı rəsmi sənəd qəbul ediblər. Həmin qrup Azərbaycanda olarkən bu fikri bir daha təkrarladı".

Politoloq vurğulayıb ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi H.Zalber Ermənistanda prezident və xarici işlər naziri ilə Aİ-Ermənistan gündəliyinə dair Dağlıq Qarabağ problemini də müzakirə etdi: "Dağlıq Qarabağın "xarici işlər naziri" K.Mirzoyanla Yerevanda görüşdən sonra o, Dağlıq Qarabağdakı proseslərə real dəstəyinin verilməsini indiki anda real məsələ olmadığını bildirdi. Zalber qoşunların təmas xəttindəki insidentlərin tədqiqi mexanizminin yaranmasını da illüziya adlandırdı. Zalber Dağlıq Qarabağa səfər etməsinin əleyhinə olmadığını bildirdi. Amma müəyyən şərtlər var. O şərtlərə reallıq kimi yanaşmaq lazımdır. H.Zalber Azərbaycanın qoyduğu qadağanı nəzərdə tuturdu".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/387614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR