Milli Məclis ictimai yerlərdə dini şüarların nümayişini qadağan edən qanunu qəbul edib

14:37 4 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Təklif olunan əlavəyə görə, dini bayraqlar yalnız ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.
Bundan başqa, İslam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması qadağandır.
Eyni zamanda, qanunda dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin adı (Maddə 21. Dini ayinlər və mərasimlər) dəyişdirilir. Bu maddə "Dini ayinlər, mərasimlər və atributlar" adlanacaq.
Həmçinin, Cinayət Məcəlləsinə də müvafiq əlavə (168-1 maddə) edilib. Əlavəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 000 manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Layihə Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul olnunub.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/milli-meclis-ictimai-yerlerde-dini-suarlarin-numayisini-qadagan-eden-qanunu-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR