Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Macar şirkətləri Azərbaycan bazarına maraq göstərir

Macar şirkətləri Azərbaycan bazarına maraq göstərir

Date: 4 December 2015 14:38


Bakı, 4 dekabr, AZƏRTAC
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı çərçivəsində Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə E.Vəlizadə Azərbaycan və Macarıstan arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu vurğulayıb.
Səfir macar şirkətlərinin Azərbaycan bazarına göstərdiyi maraqdan söz açaraq, nümayəndə heyətinin tərkibində təmsil olunan şirkətləri təqdim edib.
Görüşdə “National Toll Payment Services PLC” və “Persecutor” şirkətlərinin gələcək fəaliyyət istiqamətləri haqda geniş və ətraflı məlumat verilib. Ödənişli yol sistemlərindən keçid üzrə həllər, məlumat emalı mərkəzlərinin yaradılması üzrə mövcud potensial diqqətə çatdırılıb.
E.Vəlizadə bu istiqamətlərdə Azərbaycanda müəyyən addımların atıldığını, işlərin görüldüyünü bildirib. “Tier III” səviyyəli regional Data Mərkəzinin qurulmasından söz açan nazir müavini qeyd edib ki, mərkəz və texniki heyət istismara hazırdır, bu istiqamətdə gələcəkdə macar şirkətləri ilə əməkdaşlıq məqsədə uyğundur.
 

Tags:  Macar şirkətləri Azərbaycan bazarına maraq göstərir


RƏYLƏR


Top news