Komitə sədri: "Dini təhsil alanlar Azərbaycanda dövlət qurumlarında çalışa biləcəklər"

Komitə sədri: "Dini təhsil alanlar Azərbaycanda dövlət qurumlarında çalışa biləcəklər"
14:39 4 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

“İslamda dini bayraqlar yoxdur”. 

 
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanıDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. 
 
M. Qurbanlı deyib ki, ümumiyyətlə, layihədə dini bayraq anlayışı də əvəzlənməlidir: “Layihədə qeyd olunmalıdır ki, məscidlərdə Azərbaycan bayraqlarından başqa bayraqların asılmasına icazə verilmir. Bununla da dini bayraq məsələsi ortadan qalxar”.

 

Dövlət Komitəsinin sədri dini atribut məsələsinin də layihədən çıxarılması barədə təklifləri də məntiqli sayıb: “Dini atribut yerinə yazıla bilər ki, ibadətgahlardan kənarda dini şüarların, rəmzlərin nümayiş etdirilməsi qadağandır”.

 
M. Qurbanlı indiyə qədər xaricdə dini təhsil aldıqdan sonra Azərbaycanda da əlavə dini təhsil alanlara son qadağanın şamil olunmayacağını, çünki qanunun geriyə qüvvəsinin olmadığını nəzərə çatdırıb: "Hazırda xaricdə dini təhsil alanlar Azərbaycanda dövlət qurumlarında çalışa biləcəklər".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR