Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi “Bakutel 2015” sərgisində innovativ materiallar nümayiş etdirir

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi “Bakutel 2015” sərgisində innovativ materiallar nümayiş etdirir

Date: 4 December 2015 14:41

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi (YTTM) əldə etdiyi elmi nəticələri “Bakutel 2015” sərgisində nümayiş etdirib.

 

Bura, əsasən mərkəzdə alınan innovativ materiallar və onların əsasında prototipləri daxil olub.  Sərgidə YTTM-də aparılan sistemli araşdırmalar nəticəsində yüksək təmizlik dərəcəsinə malik bir və çoxdivarlı karbon nanoborularının (KNB) alınma texnologiyası barəsində ətraflı məlumat verilib.

 

Bundan əlavə olaraq, “Bakutel 2015” sərgisində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində  alınan keramika /karbon nanoboru əsasında yüksək elektrik və istilikkeçirici nanokompozit materiallar da nümayiş etdirilib. Bu materiallar da tikinti sənayesi və LED texnologiyasında böyük perspektiv vəd edir.

 

Həmçinin qeyd edilməlidir ki, YTTM-də karbon nanoboru əsasında yüksək istilikkeçirici suspnziya məhlulları alınıb. Bu da avtomobil sənayesi, soyuducu sistemli bütün qurğularda istifadə üçün yeni materiallardır. Onların da nümayişi sərgiyə gələn həm yerli, həm də xarici ziyarətçilərin diqqətini çəkib.




Tags:  Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi Bakutel 2015 sərgisində innovativ materiallar nümayiş etdirir



RƏYLƏR


Top news