Bakı. 4 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. "Report"un xəbərinə görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruğluğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Təklif edilən dəyişikliyə əsasən, bir ay müddətində 7 gündən çox dərs buraxan şagirdin valideyni 100 manat cərimə olunacaq.
Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq ediləcək.
Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.