Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sağlamlıq imkanları məhdud uşaqlar üçün rəsm müsabiqəsi keçirilib

Sağlamlıq imkanları məhdud uşaqlar üçün rəsm müsabiqəsi keçirilib

Date: 4 December 2015 14:43


Bakı, 4 noyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Beynəlxalq Əlillər Günü ilə əlaqədar Xəzər rayon “Gənclər evi”ndə sağlamlıq imkanları məhdud uşaqlar arasında rəsm və əl işləri müsabiqəsi təşkil edib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd istedadlı uşaqların üzə çıxarılaraq cəmiyyətə təqdim olunması, onların yaradıcılıq potensialının dəstəklənməsidir.
Tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğıdan danışıb, onlara müsabiqədə uğurlar arzulayıb.
Sonda müsabiqənın qalibləri Baş İdarə tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.


Tags:  Sağlamlıq imkanları məhdud uşaqlar üçün rəsm müsabiqəsi keçirilib


RƏYLƏR


Top news