Əllər qadının yaş aynasıdır

Əllər qadının yaş aynasıdır
14:52 4 Dekabr 2015
93 Sosial
Ölkə mətbuatı
A- A+

Əllər qadının yaş aynasıdır. Üz dərisinin çatışmazlıqlarını makiyajla, bədən quruluşunun çatışmazlıqlarını düzgün seçilmiş geyimlə gizlətmək olar. Yalnız qulluq olunmayan əlləri heç cür gizlətmək olmaz. Əllərin dərisində qoruyucu hidrolipid qatı çox azdır, buna görə də onlar daha tez qocalır. Əllərin dərisini soyuqdan, isti su və məişət kimyasının təsirindən qorumaq lazımdır. Üz dərisinə olduğu kimi, əllərin dərisinə də eyni dərəcədə müntəzəm qulluq etmək, təmizləmək, qidalandırmaq və nəmləndirmək lazımdır. Əlləri yalnız ilıq suda yumşaq sabunla yumaq lazımdır. Əlləri soyuq və qaynar su ilə yumaq olmaz. Su əllərin dərisini yağsızlaşdırır və qurudur, ona görə də hər dəfə su ilə təmasda olduqdan sonra əlləri yaxşıca qurutmaq lazımdır. Bədən və üz dərisində olduğu kimi, əllərin dərisində də ölmüş hüceyrələr toplanır, ona görə də həftədə bir dəfədən az olmayaraq vanna və ya duş qəbulundan sonra əllərin dərisini skrabla təmizləmək, sonra isə qidalandırıcı krem vurmaq lazımdır. Əllərin dərisinin qidalandırılması və nəmləndirilməsində xüsusi əl kremlərindən istifadə olunur. Bu kremlərdən hər dəfə əlləri yuduqdan sonra və mütləq gecə yatmamışdan qabaq istifadə etmək lazımdır. Kremi əl dərisinə əlcəyin geyinməsini xatırladan hərəkətlərlə çəkirlər. Əvvəlcə barmaqların ucundan onların əsasına doğru, sonra ovucun başlanğıcından sonuna doğru vurulur.
Dəri mövsümi dəyişikliklərə qarşı çox həssasdır, ona görə ona qulluq mütləqdir. Qışda dəri sanki "sönür", parlaqlığını və sağlam rəngini itirir, epidermə isə az oksigen daxil olur. Yay mövsümündə istiyə öyrəşən əllər qışda çatlamağa başlayır. Soyuğun dəri üzərində mənfi təsirini azaltmaq üçün dərimizə müəyyən qulluqlar edilməlidir.

Qışda əlləri soyuğun mənfi təsirlərindən qorumaq üçün Bepaderm G gelindən istifadə etmək məsləhət görülür. Bepaderm G kombinə olunmuş geldir. Gelin tərkibindəki D-pantenol dərinin regenerasiyasını stimulə edir, hüceyrə metabolizmini normallaşdırır. Hüceyrə səviyyəsində çalışaraq dərini bərpa edir və onun gün ərzində itirdiyi nəmliyini qaytarır. Bepaderm G tərkibindəki sidik cövhəri dəridə qabıq vermə və qurumanın qarşısını alır. Zədələnmiş dərini bərpa edir və nəmliyi qoruyub saxlayır. Bepaderm G-nin tərkibinə daxil olan komponentlər dəriyə intensiv olaraq nəmləndirici təsir göstərərək, əvvəlki yumşaqlıq və hamarlığını qaytarır. Əl dərisinin vaxtından əvvəl qocalmasının qarşısını alır. 

İstifadə qaydası:

Bepaderm G əl dərisinə gündə bir və ya bir neçə dəfə çəkilir.
 

Əlləri soyuq havalara hazırlamaq istəyirsinizsə, qarşıda təqdim edilən çox sadə təkliflərə də riayət etmək lazımdır:

  • Soyuq havada çölə çıxanda mütləq əlcəkdən istifadə edin. Soyuq və isti havaya tez-tez düşən əllər nəmliliyini itirə bilər. Bunun üçün də əllərdə hər zaman eyni isti temperaturun olması önəmlidir.

  • Ev işləri görərkən rezin əlcəkdən yaralanın. Əllərinizi uzun müddət suda saxlamayın.
    Gün ərzində kifayət qədər su qəbul edin. Dərini susuz saxlamayın.

  • Xüsusilə qış mövsümündə bol-bol meyvə və tərəvəz qəbul edin. Vitamin çatışmazlığı dərinin quruyub çatlamasına gətirib çıxara bilər.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/387619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR