Xalq Artisti Tofiq Bakıxanovun anadan olmasının 85 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək

Xalq Artisti Tofiq Bakıxanovun anadan olmasının 85 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək
15:03 4 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 8-dən 15-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkar, Xalq Artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Tofiq Bakıxanovun anadan olmasının 85 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Filarmoniyası və Bəstəkarlar İttifaqında keçiriləcək silsilə tədbirlərdə Tofiq Bakıxanovun yaradıcılıq axtarışlarına həsr edilən elmi məruzələr dinləniləcək. Həmçinin Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik və Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrlərinin ifasında bəstəkarın əsərləri səsləndiriləcək.
Qeyd edək ki, geniş yaradıcılıq diapazonuna malik sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayaraq balet, musiqili komediya, simfonik, xor, instrumental, vokal və kamera əsərləri yaradıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalq_Artisti_Tofiq_Bakixanovun_anadan_olmasinin_85_illiyine_hesr_olunmus_musiqi_festivali_kechirilecek-908261

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR