Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ƏƏSMN-nin “Çağrı mərkəzi”nə müraciətlərin sayı 16 faiz azalıb

ƏƏSMN-nin “Çağrı mərkəzi”nə müraciətlərin sayı 16 faiz azalıb

Date: 4 December 2015 15:04

Cari ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -“Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən 9099 müraciət edilib ki, bu da əvvəlki oktyabr ayı ilə müqayisədə 16 % (1742 müraciət) azdır.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlərin sayı sosial təminat məsələləri üzrə 9,9 % azalaraq 3671-ə, əmək qanunvericiliyi ilə əlaqədar 19,5% azalaraq 1972-yə, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası üzrə 17,7% azalaraq 995-ə, məşğulluq məsələləri ilə əlaqədar isə 6,2% azalaraq 828-ə enib.

Həmçinin ötən ay 142 -“Çağrı mərkəzi”nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə ilə bağlı 1633 müraciət daxil olub.

Müraciətlərin 92%-ində (8374 müraciət) qeyd olunan sahələrlə bağlı sorğular ifadə olunub.

Bundan başqa, əmək hüquqlarının müdafiəsi, bu və ya digər sosial təminat növünə hüququn müəyyən edilməsi məsələlərinin, təklif və şikayətlərin əksini tapdığı 725 müraciət isə araşdırılmaq üçün nazirliyin müvafiq struktur bölmələrinə göndərilib.

 


Tags:  ƏƏSMN-nin Çağrı mərkəzinə müraciətlərin sayı 16 faiz azalıb

RƏYLƏR


Top news