TQDK sədri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyib

TQDK sədri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyib
15:13 4 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Hacıqabul, 4 dekabr, Mahir Babayev, AZƏRTAC 
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə dekabrın 4-də Hacıqabul rayonundakı Heydər Əliyev Mərkəzində Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl TQDK-nın sədri Məleykə Abbaszadə və rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Qəbul zamanı vətəndaşlar Komissiya sədrinə sınaq imtahanlarının sayının artırılması, təhsil haqqı, universitetlərarası tələbə köçürülmələri, buraxılış və ali məktəblərə qəbul və digər məsələlərlə bağlı müraciət ediblər.
TQDK-nın sədri qəbula gələn hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə tapşırıqlarını verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə öz həllini tapıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TQDK_sedri_Haciqabulda_vetendaslarin_muracietlerini_dinleyib-908264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR