Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisin səlahiyyətləri artırıldı

Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisin səlahiyyətləri artırıldı

Date: 4 December 2015 15:13

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda polisə terrorçuluq və ya dini ekstremizm, yaxud Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısının alınmasında odlu silahdan istifadə etmək səlahiyyəti verildi.

Trend-in məlumatına görə, bununla bağlı "Polis haqqında" qanuna müvafiq dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında təsdiq edilib.

Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq ediləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisin səlahiyyətləri artırıldı

RƏYLƏR


Top news