Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Moskvada biznesmenləri oğurlayan 2 azərbaycanlı tutuldu

Moskvada biznesmenləri oğurlayan 2 azərbaycanlı tutuldu

Mərkəzi Univermaqdan qızıl oğurlayan tutuldu (08 Mart 2017 13:47)

Tarix: 4 Dekabr 2015 15:14

 

Moskvada adam oğurluğu və soyğunçuluqda şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb.

 

APA-nın Rusiya DİN Baş İstintaq İdarəsinin saytına istinadən verdiyi məlumata görə, onlar sonuncu belə əməli noyabrın 20-də törədiblər. Onlar Moskva sahibkarlarından birini oğurlamağa çalışsalar da, buna nail ola bilməyiblər.

 

Hadisədən 6 gün sonra isə saxlanılıblar. Yaşadıqları ünvanda axtarış zamanı soyuq silah və noyabrın 20-də hadisə yerindən qaçdıqları avtomobil aşkarlanıb. 

 

Onlardan biri daha əvvəl Azərbaycanda qətl hadisəsi törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

 

Hazırda həmin şəxslərin daha hansı cinayətlər törətdiyi araşdırılır. 


Teqlər:  Moskvada biznesmenləri oğurlayan azərbaycanlı tutuldu



RƏYLƏR


Top xəbərlər