İsmayıllıya yağan qar bəzi kəndləri işıqsız qoyub

İsmayıllıya yağan qar bəzi kəndləri işıqsız qoyub
15:18 4 Dekabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 4 dekabr, AZƏRTAC
Dekabrın 3-dən 4-nə keçən gecə İsmayıllı rayonuna ilk qar yağıb və bir sıra fəsadlar törədib.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildiriblər ki, bölgədə qarın qalınlığı 15-20 santimetrə çatıb. Gecədən 30 kənddə elektrik enerjisi kəsilib.
Səhər tezdən yaradılan xüsusi briqada bərpa işlərinə başlayıb. Artıq günortayadək yaşayış məntəqələrinin 20-də enerjinin verilişi bərpa olunub. Axşamadək digər kəndlərdə də bərpa işləri başa çatdırılacaq.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ismayilliya_yagan_qar_bezi_kendleri_isiqsiz_qoyub-908267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR