Ledi Qaqa hamını heyrətləndirdi - FOTO

Ledi Qaqa hamını heyrətləndirdi - FOTO
15:22 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dünyanın ən ekstravaqant müğənnilərindən biri, amerikalı Ledi Qaqa nüfuzlu Billboard jurnalının ənənəvi "Billboardchrs Woman Of The Year" reytinqinin lideridir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, jurnalın fikrincə, 29 yaşlı müğənni ötən ilin nəticələrinə görə bütün həmkarlarını qabaqlayıb. Bu il Ledi Qaqanın konsert fəaliyyəti passiv olsa da, əvəzində o, aktrisa və model kimi özünü sınayıb, "sınaq"lar da çox uğurlu alınıb.

Eyni zamanda, Ledi Qaqa "brilliant sertifikat"lı 2 solo sinqlə malik tarixdə ilk müğənniyə çevrilib. Onun "Poker Face" sinqli ABŞ ərazisində "brilliant" statusu alıb. Belə ki, mahnının satışları Birləşmiş Ştatlarda 10 milyon nüsxəni keçib.

Ledi Qaqanın ilk "brilliant" sinqli "Bad Romance" idi.

Ledi Qaqanın uğurları bununla kifayətlənmir. O, "Satellite Awards 2016" mükafatına da yiyələnə bilər.

Belə ki, "American Horror Story: Hotel" serialının 5-ci mövsümündəki "Qrafinya Elizabet" roluna görə Ledi Qaqa "Dramatik serialın ən yaxşı aktrisası" nominasiyasında favoritdir.

Müğənninin "Till It Happens To You" mahnısı isə "Ən yaxşı saundtrek" nominasiyasındadır.

"Satellite Awards 2016" mükafatlarının təqdimat mərasimi fevralın 21-də ABŞ-ın Los-Anceles şəhərində olacaq.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR