Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İrandan Azərbaycana psixotrop maddə keçirməyin "yeni üsulu"

İrandan Azərbaycana psixotrop maddə keçirməyin "yeni üsulu"

Date: 4 December 2015 15:23

Bakı. Samir Məmmədov - Trend:

İrandan Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Alı Məmmədovun üzərində şəxsi yoxlama zamanı onun ayaqqabısının sağ tayının tərliyi ilə ayaqqabının içəri alt divarı arasından səpilmiş vəziyyətdə, xalis çəkisi 13,832 qram olan metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İrandan Azərbaycana psixotrop maddə keçirməyin yeni üsulu

RƏYLƏR


Top news