Qazın təzyiqi düşdü, sakinlərin təzyiqi qalxdı

Qazın təzyiqi düşdü, sakinlərin təzyiqi qalxdı
15:27 4 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yaşayış binalarına verilən qazın təzyiqinin düşməsi sakinləri ayağa qaldırıb.

Bakının Nərimanov rayonun Ağa Nemətulla, Aşıq Molla Cümə və Əliyar Əliyev küçələrində yerləşən binaların sakinləri Milli.Az-a müraciət edərək bildiriblər ki, bu gün bir neçə yaşayış binasına verilən qazın təzyiqi ciddi şəkildə aşağı düşüb. Bu səbəbdən sakinlər mənzillərində istilik və digər məişət problemləri ilə üzləşiblər. Bu isə onlarda narahatlıq yaradıb. 

Məsələ ilə bağlı Milli.Az "Azəriqaz" İB-nə müraciət edib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev Milli.Az-a bildirib ki, şirkətin əməkdaşları həmin ərazidə qaz xətləri üzərində tənzimləmə işləri aparırlar. Hazırda qazın verilişində də heç bir problem yoxdur.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR