Polisin səlahiyyətləri artırıldı

Polisin səlahiyyətləri artırıldı
15:27 4 Dekabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda polisə terrorçuluq və ya dini ekstremizm, yaxud Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısının alınmasında odlu silahdan istifadə etmək səlahiyyəti verildi.

Trend-in məlumatına görə, bununla bağlı "Polis haqqında" qanuna müvafiq dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında təsdiq edilib.

Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR