Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

15:28 4 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Beynəlxalq Əlillər Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Təhsil Nazirliyi ilə birgə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində təhsil alan uşaqlarla görüş keçirib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdir müavini Aidə Seyidli, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbin direktoru Bahar Kərimova, AQUPDK-nın əməkdaşı Nurlana Qaraxanova və memar Elçin Əliyev iştirak etmişdir.
Tədbiri 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbin direktoru B. Kərimova, AQUPDK-nın uşaq şöbəsinin müdir müavini A.Seyidli giriş sözü ilə açaraq qeyd etdilər ki, görüşün məqsədi sağlamlıq imkanları məhdud uşaqlara xoş əhval bəxş etmək və ictimaiyyətin diqqətini onlara yönəltməkdir.
Memar Elçin Əliyev tədbir iştirakçılarını salamlayaraq intenat məktəbin kitabxanasına Azərbaycan Respublikasının Memarlar İttifaqı tərəfindən nəşr olunmuş, müəllifi olduğu “Azərbaycanın sehirli abidələri” adlı kitabdan 50 ədəd hədiyyə edib.
Tədbirdə iştirak edən uşaqlar üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilmiş “Kürəciklər Şou” tamaşası nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saglamliq_imkanlari_mehdud_usaqlarla_gorus_kechirilib-908269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR