Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Gəncə 2016” avropalı gənc yazarların hekayələrində” adlı beynəlxalq layihəyə yekun vurulub

“Gəncə 2016” avropalı gənc yazarların hekayələrində” adlı beynəlxalq layihəyə yekun vurulub

Date: 4 December 2015 15:33


Gəncə, 4 dekabr, Sabir Əliyev, AZƏRTAC
Azərbaycan Respublikası Gəncər Fondunun dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə keçirilən “Gəncə 2016” avropalı gənc yazarların hekayələrində” adlı beynəlxalq layihəyə yekun vurulub. 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilmiş Gəncəni Avropa ölkələrində tanıtmaq məqsədi daşıyan beynəlxalq layihədə Azərbaycanla yanaşı Almaniya, Böyük Britaniya, Türkiyə, Polşa, Litva, Makedoniya, Gürcüstan, Moldova Çexiya, Rusiya, İtaliya və Ukrayna gəncləri də yaxından iştirak ediblər.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin rəhbəri Nigar Ələsgərova AZƏRTAC-a deyib ki, bir həftə davam edən layihə çərçivəsində avropalı gənclərə Gəncə haqqında, onun milli mənəvi dəyərləri, tarixi, eləcə də bugünkü inkişafı barədə ətraflı məlumat verilib, ekskursiyalar təşkil edilib. Gənc yazarların ”Ecazkar ölkə”, “Sirli Gəncə”, “Avropanın qədim şəhərlərindən biri” və sair başlıqlarla yazdıqları hekayə və məqalələr saytlarda oxuculara təqdim olunub. Layihənin başa çatması münasibətilə keçirilən tədbirdə ən yaxşı yazılar elan edilib, müəllifləri mükafatlandırılıblar.

Tags:  Gəncə 2016 avropalı gənc yazarların hekayələrində adlı beynəlxalq layihəyə yekun vurulub


RƏYLƏR


Top news