Avtomobil Federasiyası FIA-nın mobillik sahəsi üzrə üzvü oldu: Bakıdakı "Formulü 1" Parisdə müzakirə edilir

Avtomobil Federasiyası FIA-nın mobillik sahəsi üzrə üzvü oldu: Bakıdakı  "Formulü 1" Parisdə müzakirə edilir
15:38 4 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Parisdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Baş Assambleyasının 2015-ci il üzrə illik iclası keçirilir.

Trend-in məlumatına görə, İslasda Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Federasiyanın nümayəndələri iştirak edir. Bu gün keçirilən iclasda Azərbaycan Avtomobil Federasiyası FIA-nın həmçinin mobilik sahəsi üzrə üzvü seçilib. Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyasının üzvü olan Azərbaycan Avtomobil Federasiyası bundan sonra həmçinin yol hərəkəti təhlükəsizliyi, avtomobil turizmi kimi beynəlxalq layihələr həyata keçirəcək.

Mobillik avtomobil sferasına aid bütün mövzuları özündə cəmləşdirir. Bura təhlükəsizlik, ətraf mühit, turizm və s. kimi önəmli sahələri aid etmək olar. Mobillik siyasətinin başlıca məqsədi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasıdır.
FIA-nın Parisdəki Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan Avtomobil Fderasiyası Bakıda 2016-cı ildə keçiriləcək "Formula 1"in təşkilatçısı kimi yarışa hazırlıqla bağlı bir sıra görüşlər keçirib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2465250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR