Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kaxa Kaladze: Azərbaycan Gürcüstanın və eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Kaxa Kaladze: Azərbaycan Gürcüstanın və eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Date: 4 December 2015 15:38


Tbilisi, 4 dekabr, AZƏRTAC
Azərbaycan Gürcüstanın əsas strateji tərəfdaşıdır. Gürcüstanın, eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan ilə əlaqələrin inkişafı bizim üçün çox vacibdir.
Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze söyləyib.
K.Kaladze deyib: “Biz təbii qazı Azərbaycandan alırıq. Azərbaycanın hazırda həyata keçirdiyi “Şahdəniz-2” layihəsi nəinki Gürcüstan, eləcə də Türkiyə və Avropa üçün çox vacibdir. Bu layihəyə 25 milyard dollar həcmində sərmayə qoyulub. Bilirik ki, layihənin tikintisi başa çatdıqdan sonra 200 nəfər vətəndaşımız daimi işlə təmin olunacaq. Bu və digər amilləri nəzərə alaraq biz, bu layihədə üzərimizə düşən bütün öhdəlikləri həyata keçirəcəyik ki, layihə vaxtında başa çatsın”.
Azərbaycandan təbii qazın alınması ilə bağlı məsələyə münasibət bildirən Baş nazirin müavini deyib ki, Gürcüstanın SOCAR-dan qaz alması ilə bağlı müqavilə 2025-ci ildə başa çatacaq. Biz yalnız bundan sonra Gürcüstanın haradan və kimdən qaz alması məsələsinə baxıla bilərik.
“Düşünürəm ki, “Şahdəniz-2” layihəsi tam reallaşdıqdan sonra bu sahədə də heç bir problemimiz və əlavə qaz almaq barədə narahatçılığımız olmayacaq”,- deyə Kaladze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Tags:  Kaxa Kaladze Azərbaycan Gürcüstanın eləcə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır


RƏYLƏR


Top news