Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fuad Ələsgərov: Azərbaycanda dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı bütün normativ aktlar mövcuddur

Fuad Ələsgərov: Azərbaycanda dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı bütün normativ aktlar mövcuddur

Date: 4 December 2015 15:43

Bakı. Trend:

Azərbaycanda dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı bütün normativ aktlar mövcuddur. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

F.Ələsgərov Azərbaycanın hər bir gəncinə müraciət edib ki, dünyəvilik ideyalarını rəhbər tutsunlar: "Azərbaycanın gələcəyi xoşbəxt olmalıdır. Bizim gənclər sabah Azərbaycan dövlətinin əsasını təşkil edəcək, dövlətimizi qoruyacaqlar".

Nardaran hadisələrə toxunan şöbə müdiri F.Ələsgərov qeyd edib ki, dini radikalizm və digər neqativ hallar Azərbaycan cəmiyyətinə xas deyil: “Gənclərimiz də təbliğat işlərində aktiv olmalıdırlar. Dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı Azərbaycanda bütün normativ aktlar mövcuddur".

O, əlavə edib ki, Azərbaycan Parlamenti bu normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış edib: "Şübhəsiz ki, Azərbaycan gəncləri də dini radikal qruplara qoşulmayacaq və dini radikalizm əleyhinə təbliğat işləri aparacaqlar. Bu tip qruplara qoşulan gəncləri düz yola dəvət edirik”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Fuad Ələsgərov Azərbaycanda dini radikalizm ekstremizmlə mübarizə bağlı bütün normativ aktlar mövcuddur

RƏYLƏR


Top news