Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli Məclis əcnəbilərin dini təbliğata görə həbs olunmasını nəzərdə tutan dəyişikliyi qəbul edib

Date: 4 December 2015 15:47

Təklif edilən layihəyə əsasən, Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər dini təbliğata görə həbs olunacaq. Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılarsa həmin şəxslər 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib. 

Tags:  Milli Məclis əcnəbilərin dini təbliğata həbs olunmasını nəzərdə tutan dəyişikliyi qəbul edib

RƏYLƏR


Top news