Azərbaycan və Qazaxıstan protokol imzaladılar (FOTO)

Azərbaycan və Qazaxıstan protokol imzaladılar (FOTO)
15:48 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 1998-ci il 23 oktyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokol imzalanıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan-Qazaxıstan İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Bakıda keçirilən 12-ci iclası çərçivəsində cari ilin 4 dekabr tarixində “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 1998-ci il 23 oktyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokol imzalanıb.

Protokolu Azərbaycan tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Qazaxıstan tərəfindən isə Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev imzalayıblar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2465266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR