Davudoğlu Bakıda namaz qıldı (VİDEO)

Davudoğlu Bakıda namaz qıldı (VİDEO)
15:51 4 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə baş naziri Əhməd Davudoğlunun Bakıda “Əjdər Bəy Məscidi'”də Cümə namazı qılıb.

ANS PRESS-in məluatına görə, cümə namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Allahşükür Paşazadə də iştirak edib.

Davudoğlunun məscid çıxışında bəzi Bakı sakinləri ilə salamlaşıb və söhbət edib. O, həmçinin ANS-in suallarını cavablandırıb.



"Türkiyə həmişə Azərbaycanın yanında, Azərbaycanla birlikdə olacaq. Can Azərbaycana salam olsun. Hamının Cüməsi mübarək".

ğ

Baş nazirin səfəri bu gün başa çatır. Davudoğlunu Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan , Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, köməkçiləri Yalçın Akdoğan və Mehmet Şimşək, İqtisadiyyat naziri Mustafa Elitaş, enerji və təbii sərvətlər naziri Berat Albayrak, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Faruk Çelik, Mədəniyyət və Turizm naziri Mahir Ünal, Nəqliyyat, Dənizçilik naziri Binali Yıldırım müşayiət edir.

Əhməd Davudoğlu prezident İlham Əliyevlə görüşüb. Nazir iki ölkənin həyata keçirdiyi enerji layihələri, Rusiya və Türkiyə arasındakı gərginlik və Dağlıq Qarabağlıa bağlı bəyanatlar verib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR