​Musa Pənahov: "Yaxın zamanlarda məlumatların dayanacaqlara və mobil cihazlara ötürülməsi təmin ediləcək"

​Musa Pənahov: "Yaxın zamanlarda məlumatların dayanacaqlara və mobil cihazlara ötürülməsi təmin ediləcək"
15:52 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Təzə gətirilən avtobuslar marşrutlara buraxıldıqdan sonra dayanacaqlardakı monitorların fəaliyyətinə yenidən baxılacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
M. Pənahov digər marşrutların da tənzimlənməsini həyata keçirmək üçün fəaliyyətə başlayacaqlarını deyib:
"Marşrutlara buraxılmayan az sayda avtobus qalıb. Onlar da marşrutlara buraxılandan sonra biz bu marşrutlarla kəsişməyən digər marşrutların da tənzimlənməsini həyata keçirəcəyik".
Nazir müavini yeni gətirilən avtobuslara məlumatları Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) ötürmək üçün olan avadanlıqların quraşdırılması işlərinin getdiyini açıqlayıb:
"Bilirsiniz ki, yeni avtobuslarda müəyyən avadanlıqlar olmalıdır və həmin asvadanlıqlar intellektual mərkəzə informasiyaları ötürməlidir. Daha sonra isə həmin məlumatlar intellektual mərkəzdən dayanacaqlardakı "BIT" qurğularına ötürülməlidir. Hazırda həmin avadanlıqların avtobuslara quraşdırılması üzərində işlər gedir. Həmçinin proqram təminatında da bəzi dəyişikliklər aparılır. Yaxın zamanlarda məlumatların dayanacaqlara və mobil cihazlara ötürülməsi təmin ediləcək".
Nazir müavini həmçinin sərnişin sıxlığı ilə əlaqədar pik saatlarda xəttlərə əlavə avtobusların buraxıldığını da açıqlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/musa-penahov-yaxin-zamanlarda-melumatlarin-dayanacaqlara-ve-mobil-cihazlara-oturulmesi-temin-edil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR